Rafael Leau "Fənərbağça"ya bu şərtlərlə gəlir - DETALLAR

Rafael Leau "Fənərbağça"ya bu şərtlərlə gəlir - DETALLAR

"Fənərbağça"nın "Milan"ın vingeri Rafael Leau üçün hazırladığı təklif bəlli olub.

Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi portuqaliyalı futbolçuya illik 8 milyon avro maaş və bonsular təklif edib.

Belə ki, oyunçu mövsüm ərzində 20-dən çox oyunda meydana çıxacağı halda 1,5 milyon avro, 15 qol vuracağı təqdirdə daha 1,5 milyon avro qazanacaq. "Fənərbağça" Super Liqa çempionu olarsa, futbolçuya əlavə 1 milyon avro bonus ödəniləcək.

Qeyd edək ki, Leau ötən mövsüm "Milan" forması ilə bütün turnirlərdə 50 oyunda 12 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər