"Zirə"nin Gürcüstana səfər planı bilindi

"Zirə"nin Gürcüstana səfər planı bilindi

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən "Zirə" 1-ci təsnifat mərhələsinin cavab oyunu üçün Gürcüstana sabah yollanacaq.

Bunu Fanat.Az-a "qartallar"ın mətbuat sözçüsü Elmar Abdullazadə bildirib.

"Torpedo"nun qonağı olacaq "Zirə"nin səfər proqramına əsasən, komanda Kutaisiyə iyulun 14-də çarter reysi ilə yollanacaq, matçdan dərhal sonra isə Bakıya qayıdacaq. Baş məşqçi Rəşad Sadıqovun mətbuat konfransı və komandanın açıq məşqi iyulun 15-də baş tutacaq.

"Torpedo" - "Zirə" oyunu iyulun 16-da "Ramaz Şengeliya stadionu"nda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xatırladaq ki, "Zirə" Sumqayıtda baş tutan ilk oyunda rəqibini 3:0 hesabı ilə məğlub edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər