"Zirə"nin Estoniya təmsilçisi ilə oyununu hansı kanalın yayımlayacağı bilindi

"Zirə"nin Estoniya təmsilçisi ilə oyununu hansı kanalın yayımlayacağı bilindi

Azərbaycanı Konfrans Liqasında təmsil edən "Zirə"nin 2-ci təsnifat mərhələsindəki oyunlarını yayımlayacaq kanal müəyyənləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, ilk mərhələdə "Torpedo Kutaisi" (Gürcüstan) olduğu kimi, Estoniya "Payde"si ilə görüşləri "İdman TV" göstərəcək. 

Kanalın direktor müavini Siyavuş Əliyev qeyri-adi nəsə baş verməsə, "Zirə"nin növbəti oyunlarını da yayımlayacaqlarını bildirib.  

Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda "Payde" ilə ilk oyununu iyulun 23-də səfərdə keçirəcək. Oyun saat 21:00-da başlayacaq. Cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər