"Zirə"nin Estoniya sınağı

"Zirə"nin Estoniya sınağı

Bu gün UEFA Konfrans Liqasında daha bir təmsilçimiz növbəti oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, "Zirə" turnirin 2-ci təsnifat mərhələsində Estoniya “Payde”si ilə qarşılaşacaq.

İlk görüş səfərdə baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Qarşılaşmanı moldovalı Roman Jitari idarə edəcək.

“Zirə”nin “Payde” ilə cavab görüşü iyulun 30-da “Sumqayıt Arena”da keçiriləcək.

"Zirə" "Payde" səddini adlaya bilsə, növbəti mərhələdə “Santa Koloma” (Andorra) – “Rapid” (Avstriya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu "qartallar" 1-ci təsnifat mərhələsində qarşılaşdığı "Torpedo Kutaisi"ni həm evdə, həm də Gürcüstanda 3:0 hesabı ilə yenərək mübarizədən kənarlaşdırıb.

UEFA Konfrans Liqası 2-ci təsnifat mərhələsi, ilk oyun 23 iyul

20:00. Payde (Estoniya) – Zirə Hakimlər: Roman Jitari, Viktor Mardari, Andrey Bodean, Andrey Brequta (hamısı Moldova). Parn. Şəhər stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər