"Zirə"dən ayrılan futbolçu Fransa klubuna transfer oldu

"Zirə"dən ayrılan futbolçu Fransa klubuna transfer oldu

"Zirə"dən ayrılan Ayron Qomisin yeni klubu müəyyənləşib.

Fanat.Az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi karyerasını "Troya"da davam etdirəcək. Onunla 2 illik müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, sözügedən komanda Fransanın əsas çempionatında - Liqa 1-də mübarizə aparacaq.

Xatırladaq ki, Qomis 2024-cü ildən ötən aya qədər "Zirə"nin formasını geyinib.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər