"Zirə"də yeni təyinat reallaşdı - Ayxan Abbasovun köməkçisi baş məşqçi oldu

"Zirə"də yeni təyinat reallaşdı - Ayxan Abbasovun köməkçisi baş məşqçi oldu

"Zirə"nin əvəzedici komandasında baş məşqçi təyinatları reallaşıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, qəsəbə təmsilçisinin "dubl"unu Anar Vəliyev çalışdıracaq. 

Ötən mövsüm "Şamaxı"da Ayxan Abbasovun məşqçi korpusunda yer alan Vəliyev yeni postda Hacı Əhmədovu  əvəzləyib. Hacı "Zirə-2"-dən ayrılaraq "Şəfa"ya üz tutub. O, paytaxt  təmsilçisinin baş məşqçisi Zaur Həşimovun köməkçisi olacaq.

Anar Vəliyevin "qartallar"dakı əsas köməkçisi də bəllidir. Ona Xəyal Qarayev yardım edəcək. 

Qeyd edək ki, "Zirə-2" Əvəzedicilər Liqasında son mövsümü 4-cü yerdə başa vurub. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər