"Zirə" Türkiyə təmsilçisi ilə üz-üzə

"Zirə" Türkiyə təmsilçisi ilə üz-üzə

İyunun 25-dən Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" bu gün növbəti yoxlama oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv yerli "Iğdır" komandası ilə gücünü sınayacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Xatırladaq ki, "Zirə" Boludakı ilk matçında Özbəkistan təmsilçisi "Navbahor"a 1:3 hesabı ilə uduzub. "Qartallar" Bakıda keçirdiyi qarşılaşmada "Qarabağ"a 3:4 hesabı ilə məğlub olub. İyulun 1-də daha bir oyun keçirməyi planlaşdıran komanda ertəsi Bakıya dönəcək. 

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək "Zirə" ilk təsnifat mərhələsində Gürcüstanın "Torpedo" (Kutaisi) komandası ilə üz-üzə gələcək. Mərhələnin ilk oyunu 8 iyulda Sumqayıt şəhər stadionunda baş tutacaq. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər