"Zirə" - "Payde" oyunu xorvatiyalı hakimlərə tapşırıldı

"Zirə" - "Payde" oyunu xorvatiyalı hakimlərə tapşırıldı

"Zirə"nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Payde" ilə ev oyununu xorvatiyalı hakimlər idarə edəcəklər.

Fanat.Az xəbər verir ki, cavab matçında FİFA referisi Dario Bel iş başında olacaq.

Ona həmyerliləri İvan Yaniç və Dino Knez kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Patrik Pavleşiç yerinə yetirəcək.

İyulun 30-da Sumqayıt şəhərində keçiriləcək "Zirə" - "Payde" oyunu saat 20:00-da start götürəcək. 

Xatırladaq ki, ilk oyunda Estoniya təmsilçisi 1:0 hesabı ilə qalib gəlib. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər