"Xankəndi" baş məşqçisi ilə bağlı qərarını verdi

"Xankəndi" baş məşqçisi ilə bağlı qərarını verdi

Azərbaycan II Liqasında 2025/26 mövsümünün qalibi olaraq I Liqaya vəsiqə qazanan “Xankəndi” baş məşqçisi Zaur Hacıyevlə bağlı qərarını qətiləşdirib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Qarabağ təmsilçisi yoluna Zaur Hacıyevlə davam edəcək. 

42 yaşlı çalışdırıcı ilə 1 illik razılıq əldə olunub. I Liqa təmsilçisi anlaşmanı tezliklə rəsmən elan edəcək.

O, qışda bu postda İbrahim Uzuncanı əvəzləmişdi. UEFA-nın B kateqoriyalı məşqçi lisenziyasına sahib olan mütəxəssislə mövsümün sonuna qədər müddətə anlaşma əldə olunmuşdu. 

Hacıyev uzun illər "Qəbələ" Futbol Akademiyasında fəaliyyət göstərib, müxtəlif yaş qrupları ilə ölkə çempionatlarında uğurlar qazanıb və U-19 komandası ilə Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edib. O, "Xankəndi"nə köməkçi məşqçi kimi çalışdığı "Karvan-Yevlax"dan gəlib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər