Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda sabah Litva seçməsinə qarşı keçirəcəkləri oyun ərəfəsində fikirlərini bölüşüb. Fanat.Az xəbər verir ki, 45 yaşlı mütəxəssis Bakıda baş turacaq matçdan öncə təşkil edilən mətbuat konfransında belə danışıb: "Artıq bir-birimizi yaxşı tanıyırıq. Əzmkar komandaya qarşı oynayacağıq. Qısa müddətdə dördüncü oyunumuza çıxacağıq. Təəssüf ki, son qarşılaşmada qələbə qazana bilmədik. Futbolçularla söhbətimiz oldu. Sabah daha yaxşı oynamaq məcburiyyətindəyik. Futbolçulara inanıram. Uşaqlar Lixtenşteynlə maçtdan sonra çox məyus idilər. Bunu unutmalı və Litvaya qarşı mübariz oyun sərgiləməliyik". Abbasov komandanın tənqid olunmasına münasibət bildirib: "Millidə oynamaq, çalışmaq böyük təzyiqdir. Bunlara tab gətirməlisən. Son matçdan sonra futbolçuların hər biri ilə təkbətək söhbət etmişik. Milli karyeraları yeni başlayan var. Onlara da vaxt lazımdır. Bir oyunla hər şey bitmir. Qrup lideri olmaq istəyirik". Xatırladaq ki, Azərbaycan - Litva oyunu oktyabrın 4-də, saat 17:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.
"Son matçdan sonra futbolçuların hər biri ilə təkbətək söhbət etmişik" - Ayxan Abbasov
TREND
Dünya futbolu
00:47
02.11.2026
Arda oynadı, "Fənərbağça"nın hesabına milyonlar köçdü
Tv Afişa
10:23
08.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:28
06.11.2026
Dambrauskas Avropaya yollanır, Musayev Bakıya qayıdır?
Futbol
22:35
04.11.2026
"Qarabağ"da parladı, bəhrəsini indi görür
Oxşar xəbərlər
Azərbaycan futbolu
17:12
08.11.2026
"O ağır günlərin sonunda zəfər qazanmağımız..." - Süleyman Vəliyev
Azərbaycan futbolu
15:42
08.11.2026
Şahruddinin yubileyi uduzduqları matça təsadüf etdi
Azərbaycan futbolu
15:20
08.11.2026
MPL: “İmişli” - “Sumqayıt” matçında ilk qolu kim vuracaq? - YENİLƏNİR
Azərbaycan futbolu
15:09
08.11.2026
"Futbol dili ilə desək, qələbə qazanmaq üçün ilk şərt qol buraxmamaqdır" - Mahal Məmmədov