"Sevilya" gürcüstanlı futbolçunu heyətinə qatdı

"Sevilya" gürcüstanlı futbolçunu heyətinə qatdı

"Sevilya" "Sportinq"in yarımmüdafiəçisi Giorgi Koçoraşvilini rənglərinə bağlayıb.

Fanat.Az xəbər verir ki, informasiyanı klubun mətbuat xidməti yayıb.

Əndəlüs təmsilçisi gürcüstanlı yarımmüdafiəçi üçün 4 milyon avro ödəyib. 27 yaşlı futbolçu ilə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Koçoraşvili artıq yeni komandası ilə birlikdə bu gün "Atletik"lə keçiriləcək səfər oyununa yollanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər