"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

"Qalatasaray" müdafiəsini gücləndirmək üçün hərəkətə keçir.

Fanat.Az xəbər verir ki, "cimbom" Fransanın "Renn" klubunda çıxış edən Abdelhamid Ait Budlalla maraqlanır.

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

Qeyd edilir ki, "sarı qırmızılar" artıq 19 yaşlı mərakeşli futbolçunun meneceri ilə ilk təmasları qurub. Şəxsi müqavilə ilə bağlı razılıq əldə olunacağı təqdirdə, İstanbul təmsilçisi "Renn"ə rəsmi təklif göndərəcək. Oyunçunun U-23 legioner kontingentinə uyğun olması da "Qalatasaray" rəhbərliyinin futbolçuya marağını artıran əsas amillərdən biridir.

Qeyd edək ki, Abdelhamid "Renn"ə 2024-cü ildə Mərakeşin "FUS Rabat" klubundan transfer olunub.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər