"Çoxları "Kəpəz"i asanlıqla məğlub edəcəyimizi düşünürdü" - Emmanuel Hakman

"Çoxları "Kəpəz"i asanlıqla məğlub edəcəyimizi düşünürdü" - Emmanuel Hakman

"Turan Tovuz" Misli Premyer Liqasının 11-ci turunda baş tutan qərb derbisində "Kəpəz"i 2:1 hesabı ilə üstələyən "Turan Tovuz"un qələbə qolunun müəllifi Emmanuel Hakman oyundan sonra fikirlərini bölüşüb.

Son dəqiqələrdə Gəncə komandasını məyus edən futbolçu Fanat.Az-a açıqlamasında belə danışıb:

"Çoxları son pillədəki "Kəpəz"i asanlıqla məğlub edəcəyimuzi düşünürdü. Amma biz özümüz, komanda və futbolçular olaraq, rəqibi qiymətləndirirdik. Futboldur, bəzən pis oynayırsan. Düzdür, qələbə qazandıq, ancaq bu, bizim pis oynadığımız oyunlardan biri idi. Açığı, rəqib bərabərlik qolunu vurandan sonra da qalib gələcəyimizə inanırdıq. Həmişə hakimin final fitinə qədər mübarizə aparırıq. Şadam ki, istəyimizə çatdıq".

Nihat

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər