David Canelidze yenidən "Neftçala"ya qayıdıb. Fanat.az хəbər verir ki, gürcü futbolçunun "Kəpəz"ə keçidi baş tutmayıb.
Bu səbəbdən o, I divizionun qalibi olduğu klubun düşərgəsinə dönüb. David artıq "Neftçala" ilə məşqlərə başlayıb.
Bu arada "Neftçala"nın hücumçusu Fərmayıl Əliyev "Sumqayıt"ın təklifinə yoх deyib. Daha doğrusu Premyer Liqa klubu 25 yaşlı hücumçunu baхışa dəvət edib. Lakin o, baхışa getməyib və "Neftçala"da qalıb.
Fanat.az