"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

"Mançester Yunayted"in ulduzu Kazemiro ABŞ-nin "İnter Mayami" klubuna transfer olunub.

Fanat.Az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

34 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalanıb.

Kazemiro son olaraq İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edib. O, 2022-ci ilin yayında qoşulduğu komandanın heyətində İngiltərə Liqa Kuboku və İngiltərə Kubokunun qalibi olub.

Qeyd edək ki, o, daha öncə Braziliyanın "San-Paulu", Portuqaliyanın "Portu" və İspaniyanın "Real Madrid" klublarında çıxış edib.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər