"Kəpəz"in yeni transferi sıradan çıxdı

"Kəpəz"in yeni transferi sıradan çıxdı

"Kəpəz"in yeni transferi Tural Cəlilov zədələnib. Fanat.Az xəbər verur ki, müdafiəçi komandanın fitnes məşqində xəsarət aldığı üçün Türkiyəyə təlim-məşq toplanışına aparılmayıb. 

Tibbi müayinə zamanı Cəlilova sol dizin medial kollateral bağının birinci dərəcəli gərilməsi diaqnozu qoyulub. Klubun tibbi personalından kapazpfc.az saytına verilən məlumata görə, hazırda futbolçu özünü yaxşı hiss edir və zədəsi ciddi deyil. Tural Cəlilov 10 gün müddətində həkim nəzarəti altında olacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər