"Kəpəz"in yeni kapitanı kim olacaq?

"Kəpəz"in yeni kapitanı kim olacaq?

Premyer Liqanın yeni mövsümündə “Kəpəz”in kapitan sarğısını Şəhriyar Rəhimov daşıyacaq. 

Fanat.Az xəbər verir ki, ötən mövsümdə komandanın vitse-kapitanı olan müdafiəçi komanda üzvlərinin seçiminə əsasən sarğını daşımağa layiq görülüb. 

Rəhimov son iki mövsümdə “sarı-göylər”in kapitanı funksiyasını yerinə yetirmiş Tural Axundovun gedişindən sonra Gəncə klubunun yeni kapitanı olub.

“Kəpəz”in vitse-kapitanları isə Şəhriyar Əliyev və Kərim Diniyev olacaq. Kərim ilk dəfə vitse-kapitan vəzifəsini daşıyacaqsa, Şəhriyar ötən mövsümdə də eyni statusda olub. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər