"Kəpəz"in yeni baş məşqçisi müəyyənləşdi

"Kəpəz"in yeni baş məşqçisi müəyyənləşdi
Vidadi Rzayevin istefasını qəbul edən "Kəpəz"in yeni baş məşqçisi müəyyənləşib. Fanat.az xəbər verir ki, klub rəhbərliyi bununla bağlı bu gün qərar qəbul edib.
Bundan sonra "Kəpəz"ə komandanın sabiq kapitanı, Rzayevin köməkçisi olan Azər Məmmədov başçılıq edəcək. Baş məşqçiyə "Şəmkir"in sabiq baş məşqçisi Anar Kələntərov yardımçı olacaq. Rzayev isə klubun aşağı yaş qrupları üzrə komandalarına rəhbərlik edəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər