Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan “Kəpəz” plana uyğun olaraq bu gün sonuncu yoxlama oyununu keçirəcək. Fanat.az xəbər verir ki, “sarı-göylər”in rəqibi yerli komanda olacaq.
Gəncə klubu Türkiyə çempionatının 2-ci liqasında çıxış edən və bu mövsüm qarşısına ciddi hədəflər qoyan “Kocaeli Birlikspor”la qarşılaşacaq. Kocaeli təmsilçisi də Ərzurumda toplanışdadı.
“Kəpəz” - “Kocaeli Birlikspor” matçı Bakı vaxtı ilə saat 19.30 başlayacaq. Ərzurum Böyükşəhər Bələdiyyəsinə məxsus arenada keçiriləcək oyunu yerli hakimlər briqadası idarə edəcək.
Fanat.az