"Kəpəz"in rəsmisi: "Başına oyun açarıq"

"Kəpəz"in rəsmisi: "Başına oyun açarıq"
"Kəpəz"in qapıçısı Habil Hüseynov komandadan ayrılıb. Fanat.az xəbər verir ki, buna səbəb qolkiperin  maaşını ala bilməməsidi.
Bu barədə Fanat.az-a məlumat verən Hüseynov bildirib ki, klub rəhbərliyi onun maaşını ödəməyib: "Mən komandaya oktyabrın 9-da gəlmişəm. Əvvəlcə iki oyunluq ehtiyaclarının olduğunu bildirdilər. Sonra isə qışa qədər komandada qalmağımı istədiklər. Dekabrın 20-də mənə 1 ay 8 günün maaşını verdilər. Halbuki, digər futbolçulara 1,5 aylıq maaş ödənildi. 540 manat almalı idim, amm cəmi 430 manat aldım. Heç bir səbəb göstərmədilər".
Qolkiper klubla rəsmi müqavilə imzalamadığını bildirib: "I divizion klubları futbolçularla müqavilə imzalamır. Mən də müqavilə bağlamamışdım. Amma hamı kimi məni də müqaviləsiz sifariş etmişdilər. Klubun vitse-prezidenti Nofəl Əzizov məndən formanı tələb etdi. Mən də dedim ki, "maaşımı verin, formanı verim". O da məni hədələdi, "başına oyun açarıq" dedi".
Hüseynov ötən gün Moskvaya yollanıb. Qapıçı ailəsini dolandırmaq üçün Rusiyanın paytaxtında ticarətlə məşğul olacaq.
Qeyd edək ki, Habil birinci dövrədə iki oyunda "Kəpəz"in formasını geyinib. Digər oyunlarda isə o, ehtiyatda qalıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər