"Kəpəz"in oyun vaxtları açıqlandı

"Kəpəz"in oyun vaxtları açıqlandı
Təlim-məşq toplanışının üçüncü mərhələsi üçün Türkiyəyə yollanan “Kəpəz” Ərzurumda məşqlərini davam etdirir. Fanat.az xəbər verir ki, komanda səhər və axşam olmaqla gündə iki dəfə məşqə çıxır. 
Toplanışda əsasən taktiki və texniki hazırlığa üstünlük verilir. “Sarı-göylər” qardaş ölkədə olduğu müddətdə üç yoxlama oyunu da keçirəcək. Gəncə klubu iyulun 21-i, 23-ü və 25-də rəqiblərlə görüşəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər