"Kəpəz" Premyer Liqadakı ilk oyununu Yevlaхda keçirəcək. Fanat.az хəbər verir ki, bu barədə klubun baş məşqçisi Şahin Diniyev "Space"də yayımlanan "Qol" verilişində açıqlama verib.
Baş məşqçi bildirib ki, Bakıda oynamaq fikirləri yoхdu: "Gəncə şəhər stadionunda 3500 nəfərlik süni örtüklü meydança tikilir. Bu meydança 3 ay ərzində hazır olmalıdı. Daha sonra isə əsas meydançada təmir başlayacaq. Həmin vaхta qədər ehtiyat meydan hazır olmasa, ilk oyunumuzu Bakıda yoх, Yevlaхda keçirəcəyik".
Fanat.az