"Kəpəz"in kapitanının sağlıq durumuna aydınlıq gəldi

"Kəpəz"in kapitanının sağlıq durumuna aydınlıq gəldi

"Kəpəz"in Misli Premyer Liqasının 6-cı turunda “Araz-Naxçıvan” ilə oyunda zədələnən futbolçusu Yeqor Xvalkovun son durumuna aydınlıq gəlib.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yaıb. 27 yaşlı müdafiəçi sözügedən görüşün sonlarında mübarizə anında rəqib futbolçu ilə toqquşmadan sonra qıcolma tutması keçirmişdi. Bildirilir ki, futbolçunun vəziyyəti yaxşıdır.

Xəstəxanaya aparılan oyunçu müvafiq müayinələrdən keçirilib və səhhətində problem aşkarlanmayıb.

Qeyd edək ki, sözügedən görüşdə “Araz-Naxçıvan”a 1:0 hesablı qələbə qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər