"Kəpəz"in 3 rəqibi müəyyənləşdi

"Kəpəz"in 3 rəqibi müəyyənləşdi
Bakıda təlim-məşq toplanışı keçirəcək "Kəpəz" 3 yoхlama oyununda qüvvəsini sınayacaq. Fanat.az хəbər verir ki, artıq Gəncə klubunun rəqibləri müəyyənləşib.
"Kəpəz"in ilk rəqibi "Sumqayıt" olacaq. Matç iyulun 4-də baş tutacaq. Gəncəlilər bundan 3 gün sonra AZAL-la qarşılaşacaq. Hər iki matç saat 18.00-da başlayacaq. Son rəqib isə 19 yaşadək futbolçulardan ibarət milli komandamız olacaq. İyulun 10-da baş tutacaq oyunun start fiti saat 11-da çalınacaq.
Qeyd edək ki, "Kəpəz" Bakıda iyulun 1-dən 10-dək hazırlıq keçəcək. Təlim-məşq toplanışının üçüncü mərhələsi Ankarada baş tutacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər