2017/18 mövsümünə ölkəmizdə hazırlaşan “Kəpəz” hazırlığın ikinci hissəsini Türkiyədə sürdürəcək. Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, gəncəlilər iyulun 15-dən 25-nə kimi Ərzurumda təlim-məşq toplanışında olacaq və qardaş ölkədə 3 sınaq oyunu keçirəcək.
Yoxlama görüşlərinin təşkili ilə məşğul olan menecerlər tərəfindən Gəncə klubuna 7 rəqib təklif olunub. Bunlar “Samsunspor”, “Ərzurumspor”, “Hatayspor”, “Karacabəyspor”, “Urfaspor”, “Ankaragücü” və “Elazığspor”du.
“Kəpəz”in məşqçilər korpusu müəyyən məsləhətləşmələrdən sonra yoxlama oyununda rəqib qismində görmək istədiyi klubların siyahısını menecerlərə təqdim edib.
Fanat.Az