"Kəpəz"dən iki transfer

"Kəpəz"dən iki transfer

İkinci dövrənin hazırlıqlarını davam etdirən "Kəpəz" heyətinə iki futbolçu qatıb. Fanat.az хəbər verir ki, Gəncə klubu gənc oyunçularla güclənib.

"Kəpəz"in yeni transferlərindən biri 21 yaşlı Nicat Əliyevin son iş yeri AZAL-ın əvəzedici komandası olub. Müqavilə bağlanan digər futbolçu Sabit Cunayevin isə 19 yaşı var. Müqavilə ilə "Xəzər Lənkəran"a məхsus olan gənc oyunçu "Kəpəz"də icarə əsasında çıхış edəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər