"Kəpəz"də litvalı qapıçı

"Kəpəz"də litvalı qapıçı
"Kəpəz" daha bir legioneri baхışa çağırıb. Fanat.az klubun "Facebook" səhifəsinə istinadən хəbər verir ki, Türkiyədə təlim-məşq toplanışında olan komandanın düşərgəsinə litvalı Tadas Simiatis gəlib. Qapıçı baxışdan uğurla keçsə, "Kəpəz"də qalacaq.
Qeyd edək ki, Tadas Simiatisin son iş yeri Litvanın "Qranitas" klubu olub. O, 2015-ci ildə transfer olunduğu klubda 18 oyun keçirib. 24 yaşlı qolkiper əvvəllər vətənində "Şyaulya" və "Kruoja", Rumıniyada isə "Otselul" klublarının formasını geyinib.
"Kəpəz" bundan əvvəl braziliyalı Dario Frederiko da Silvanı baхışa çağırıb. Portuqaliyanın "Trofense" klubundan gələn futbolçu Türkiyənin "1461 Trabzon" klubu ilə oyunda Gəncə təmsilçisinə qələbə qazandıran qolu vurub - 1:0.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər