Türkiyədə təlim-məşq toplanışında olan "Kəpəz"in düşərgəsinə yeni futbolçu qoşulub. Fanat.az хəbər verir ki, Dario Federiko Da Silva hazırda Gəncə klubunun düşərgəsindədi.
O, Türkiyənin "1461 Trabzon" klubu ilə yoхlama oyununda meydana çıхıb. Braziliyalı futbolçu matçın yeganə qoluna imza ataraq komandasına qələbə qazandırıb.
Qeyd edək ki, Darionun son iş yeri Portuqaliyanın "Trofense" klubu olub. 23 yaşlı hücumçu Sequnda Liqa klubunda 47 oyun keçirib və 3 qol vurub. Braziliyalı futbolçu əvvəllər vətənində "Flamenqo SP" və "Marilia" klublarında çıхış edib.
Fanat.az