"Kəpəz"də 3 yeni müqavilə

"Kəpəz"də 3 yeni müqavilə

“Kəpəz” Gəncə futbol məktəbinin 3 yetirməsi ilə yeni müqavilə imzalayıb.

Fanat.Az xəbər verir ki, əvəzedici heyətdə çıxış etmiş gənc futbolçular, müdafiəçilər – Ümid Səmədov ilə Arzu Atakişiyev və hücumçu Cavad Kərimov daha 3 il bu klubla olacaq.

Klub rəhbərliyi və məşqçilər korpusu onların hər birinin potensialına inanaraq etimad göstərib. Uzunmüddətli müqavilələr ilə bu futbolçuların yaxın gələcəkdə komandanın əsas üzvlərinə çevriləcəyinə inam ifadə olunub.

"Kəpəz"də 3 yeni müqavilə

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər