Türkiyədə çalışmaları davam etdirən "Kəpəz”ə daha üç futbolçu qoşulub.
Fanat.Az xəbər verir ki, söhbət əcnəbi oyunçulardan gedir. Ərzurumdakı hazırlıq prosesində Nigeriyadan olan Oseqheyl Laki Viktor, Malidən Dialo Samba və Braziliyadan Ferreyra Das Çaqas Dedimar iştirak edir.
1992-ci il təvəllüdlü Dedimar müdafiəçi, 1995-ci il təvəllüdlü Laki hücumçu, 1994-cü il təvəllüdlü Samba isə yarımmüdafiəçidi. "Kəpəz”ə menecerlər tərəfindən təklif olunan hər üç futbolçunu komandamızın baş məşqçisi Şahin Diniyev iki ay müddətində yaxından izləyib və onlar haqda müsbət qərar verilib.
Fanat.Az