“Kəpəz”in əvəzedici heyətinin 3 üzvü əsas komandaya dəvət alıb. Fanat.Az klubun saytına istinadən xəbər verir ki, yarımmüdafiəçilər Yusif Cəfərov, Əli Səmədov və hücumçu Fərid Məmmədov məşqçilər korpusunun etimadını qazanıb.
Adıçəkilənlər 2017/18 mövsümündə əsas komandanın sıralarında yer alacaq.
Bu arada, “Kəpəz”in Bakıda keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunlarının vaxtında da dəyişiklik edilib. “Sarı-göylər”in iyulun 8-də saat 17:00-da “Bakı”, iyulun 12-də isə “Neftçi” ilə qarşılaşacağı bildirilsə də, hər iki görüş nəzərdə tutulan zamanda olmayacaq. Belə ki, həvəskar liqasının iştirakçısı ilə oyun eyni tarixdə amma saat 18:00-da başlayacaq. Premyer Liqa təmsilçisi ilə matç isə bir gün əvvələ keçirilib. “Neftçi” – “Kəpəz” görüşü iyulun 11-də saat 18:00-a təyin olunub. Oyun İsmət Qayıbov adına stadionda baş tutacaq.
Qeyd edək ki, ötən çempionat ərzində hər 3 futbolçu ara-sıra əsas komandaya cəlb olunaraq adları oyunlar üçün iştirak ərizəsinə salınıb. Yay və qış toplanışı müddətində kollektivin tərkibində olub.
Fanat.Az