"Kəpəz"in zədəliləri sıraya dönür. Klubun mətbuat xidmətindən Fanat.az-a verilən məlumata görə, əzələsi dartılan futbolçulardan Budaq Nəsirovla Ceyhun Cavadovun durumu yaxşıdı.
Artıq hər iki futbolçu fəal şəkildə məşqlərdə iştirak edə biləcək. Komandanın həkimi Şıxəli Həsənovun verdiyi məlumatda gənc yarımmüdafiəçilərin müalicə və bərpa prosesi uğurla keçib.
“Sarı-göylər”in digər aparıcı futbolçusu Bəxtiyar Soltanovun durumu isə fərqlidi. Həsənovun sözlərinə görə, əzələ yırtığından əziyyət çəkən oyunçu hələ bir müddət komandadan kənarda qalmalı olacaq. Müalicəsi davam etdirilən Soltanovun həftəsonu təkrar müayinədən sonra məşqlərə nə vaxt başlayacağına aydınlıq gələcək.
Fanat.az