"Kəpəz" klubu üç legioner futbolçusu ilə vidalaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Olavale Onanuqa, İqor Rodriges və Georgi Papunaşvili ilə müqavilənin müddəti başa çatıb və onlarla yeni anlaşma imzalanmayıb.
Bu səbəbdən adıçəkilən oyunçular komandanı tərk ediblər.