Premyer Liqada yeni mövsümə hazırlığın ikinci mərhələsi üçün "Kəpəz" Türkiyəyə yollanıb. Fanat.Az xəbər verir ki, Gəncə klubu 10 gün ərzində Ərzurumda hazırlıq keçəcək.
Komanda gündə iki dəfə - səhər və axşam olmaqla məşqlərə çıxacaq. Günün ilk məşqi Bakı vaxtı ilə saat 12:00-a, ikinci hazırlıq prosesi isə saat 18:00-a nəzərdə tutulub.
Türkiyədə olduğu müddətdə "Kəpəz" üç yoxlama oyunu keçirəcək.
Fanat.Az