"Kəpəz" Türkiyə klubunu uddu

"Kəpəz" Türkiyə klubunu uddu

Türkiyədə təlim-məşq toplanışında olan "Kəpəz" ilk yoхlama oyununu keçirib. Fanat.az хəbər verir ki, Gəncə klubu Ərzrumda Türkiyə təmsilçisi “1461 Trabzon”la qarşılaşıb.

Oyun "Kəpəz"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 86-cı dəqiqəsində "Kəpəz"ə yeni qoşulan braziliaylı Dario Federiko Da Silva imza atıb.

 

Qeyd edək ki, Şahin Diniyev yetirmələrini iyulun 23-ü və 25-də daha iki yoxlama oyununda sınayacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər