"Kəpəz" Samuxda məşq edəcək

"Kəpəz" Samuxda məşq edəcək

Son günlərdəki məlum hadisələrdən sonra həyata qayıdan “Kəpəz” bu gündən məşqlərə başlayacaq. Fanat.az xəbər verir ki, Gəncə şəhər stadionunun vəziyyəti ilə əlaqədar olaraq komanda məşqləri Samux rayonunun Aşağı Ağasıbəyli kənd stadionunda keçirəcək. 

Klubun sıralarına Şahin Kərimov, Mətləb Məmmədov, Xəyal Zeynalov və Pərvin Paşayev kimi təcrübəlilər dəvət olunub. Bu futbolçular komanda ötən mövsüm elitada da çıxış edəndə “Kəpəz”in sıralarında olub. Bu oyunçularla yanaşı premyerliqa təcrübəsinə malik Əli İsmayılov da heyətə cəlb olunub. Bu arada isə baş məşqçi Vidadi Rzayevin köməkçisi rəsmən müəyyənləşib. Azər Məmmədov “sarı-göylərə” məşqçi təyin olunub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər