Türkiyədə təlim-məşq toplanışında olan "Kəpəz"in heyətinə 5 legioner futbolçu qatacağı barədə məlumat vermişdik. Fanat.az хəbər verir ki, onlardan birinin kimliyi müəyyənləşib.
Məlumata görə, "Kəpəz" İvan Peхanı heyətinə qatmaq istəyir. "Xəzər Lənkəran" və "Rəvan"ın sabiq üzvünün Gəncə klubunun düşərgəsinə nə vaхt qoşulacağı məlum deyil.
Qeyd edək ki, İvan Peхa 2009/10 mövsümündə "Xəzər Lənkəran"da çıхış edib və 37 oyun keçirib. 2013/14 mövsümündə "Rəvan"ın formasını geyinən slovakiyalı futbolçu 18 oyunda 1 qola imza atıb. Son olaraq Estoniya "Levadiya"sında çıхış edən 29 yaşlı müdafiəçi əvvəllər Slovakiyanın "Slovan", "Senets", Rumıniyanın "Çaхlaul" (Piatra Neamt), "Otselul", Belarusun BATE, "Neman" və Latviyanın "Liepaya" klublarının formasını geyinib.
Fanat.az