“Kəpəz” dörd günlük istirahətdən sonra avqustun 28-də məşqləri bərpa edəcək. Komanda Bakıda bir araya gələcək. Fanat.az xəbər verir ki, gündə bir dəfə “Dalğa Arena”da hazırlıq keçəcək “sarı-göylər” avqustun 31-dən sentyabrın 4-nə kimi Yevlaxda beş günlük təlim-məşq toplanışında olacaq.
Futbolçular gündə iki dəfə məşqə çıxacaq. Toplanış müddətində Gəncə klubu yoxlama oyununda da qüvvəsini sınayacaq. “Kəpəz” Yevlax şəhər stadionunda I divizionun təmsilçisi “Şəmkir”lə qarşılaşacaq. Bu oyun sentyabrın 4-ü saat 16.00-da başlayacaq.
Fanat.az