"Kəpəz" "Şəmkir"ə uduzdu

"Kəpəz" "Şəmkir"ə uduzdu
Yeni mövsümə hazırlığı Gəncədə davam etdirən “Kəpəz”in əvəzedici heyəti yoxlama oyunları keçirməkdə davam edir. Fanat.az xəbər verir ki, gəncəlilər bu dəfə I divizonda çıxış edən “Şəmkir” ilə üz-üz gəlib. 
Şəmkir Olimpiya İdman Kompleksində keçirilən oyun "Şəmkir"in qələbəsi ilə başa çatıb - 3:2. Oyuna istənilən kimi başlaya bilməyən "Kəpəz" bir-birinin ardınca rəqibin üç qoluna mane ola bilməyib. Yalnız fasilədən sonra toplanmağı bacaran “sarı-göylər” əzmkarlıq göstərərək buraxılan qollardan ikisinin əvəzini çıxıb.
Qeyd edək ki, iyulun 21-də tərəflər sınaq matçında Gəncədə qarşılaşmış və həmin oyun 2:2 hesablı heç-heçə ilə nəticələnmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər