"Kəpəz" "Səbail"ə qarşı neçə itki ilə oynayacaq? - AÇIQLAMA

"Kəpəz" "Səbail"ə qarşı neçə itki ilə oynayacaq? - AÇIQLAMA

Misli Premyer Liqasının 4-cü turu çərçivəsində bu gün "Səbail"in qonağı olacaq "Kəpəz" meydana itkilərlə çıxacaq.

Bunu Fanat.Az-a açıqlamasında Gəncə təmsilçisinin sözçüsü Azad Mustafayev deyib:

"Cəzalı futbolçumuz yoxdur. Qapıçı Rojerio Santos və yarımmüdafiəçi Tural Rzayev zədə səbəbindən oynamayacaq. Digər yarımmüdafiəçi Redon Mihananın isə meydana çıxıb-çıxmayacağı bəlli deyil".

Qeyd edək ki, “ASCO Arena”da baş tutacaq qarşılaşma 19:00-da  başlayacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər