"Kəpəz" milli komandamızın üzvünə "elçi düşdü"

"Kəpəz" milli komandamızın üzvünə "elçi düşdü"
"Kəpəz"in maraq dairəsinə düşən daha bir futbolçunun kimliyi müəyyənləşib. Fanat.az-ın əldə etdiyi məlumata görə, Gəncə klubu Rauf Əliyevə "elçi düşüb".
"Kəpəz" "Neftçi"nin yollarını ayırdığı forvardla danışıqlar aparmaq niyyətindədi. Maliyyə şərtləri hər iki tərəfi razı salsa, transfer reallaşacaq.
Qeyd edək ki, Rauf "Neftçi"dən əvvəl "Qarabağ", "Bakı" və "Xəzər Lənkəran"da çıхış edib, milli komandada 42 oyun keçirərək 7 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər