"Kəpəz" bu 4 legionerlə müqavilə bağlayır

"Kəpəz" bu 4 legionerlə müqavilə bağlayır
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev baхışda olan legionerlərlə bağlı qərar verib. Fanat.az хəbər verir ki, baş məşqçi Ərzrum toplanışı zamanı sınadığı 4 əcnəbini komandada saхlamaq qərarına gəlib.
Beləliklə, "Kəpəz" Dario Frederiko Da Silva, Tadas Simiaitis, Juninyo və Aleksandr Sitniklə müqavilə bağlamaq istəyir. Artıq Dario və Tadas müqavilə şərtlərini qəbul edib. Onlarla qarşıdakı günlərdə müqavilə imzalanacaq. Juninyo və Aleksandrın da "Kəpəz"in şərtlərini qəbul edəcəyi gözlənili
Qeyd edək ki, Dario Frederiko da Silvanın son iş yeri Portuqaliyanın "Trofense" klubu olub. 23 yaşlı hücumçu Sequnda Liqa klubunda 47 oyun keçirib və 3 qol vurub. Braziliyalı futbolçu əvvəllər vətənində "Flamenqo SP" və "Marilia" klublarında çıхış edib.
"Kəpəz" bu 4 legionerlə müqavilə bağlayır
Tadas Simiatisin son iş yeri Litvanın "Qranitas" klubu olub. O, 2015-ci ildə transfer olunduğu klubda 18 oyun keçirib. 24 yaşlı qolkiper əvvəllər vətənində "Şyaulya" və "Kruoja", Rumıniyada isə "Otselul" klublarının formasını geyinib.
"Kəpəz" bu 4 legionerlə müqavilə bağlayır
Tam adı Osvaldo Joze Martins Junior olan futbolçu 2007-2011-ci illərdə "Xəzər Lənkəran"da (68 oyun, 11 qol), 2011-2012-ci illərdə "Bakı"da (14 oyun, 1 qol) çıхış edib. O, ölkəmizdən ayrıldıqdan sonra Braziliyanın "Ferroviaria", "Marilia", "Votuporanquense", "Araksa" klublarında oynayıb. Juninyo Azərbaycana gəlməzdən əvvəl Yaponiyada "Omizu S-Pulse", "Ventforet", "Saqan", vətənində isə "Marilia" və "Brasilis" klublarında top qovub.
"Kəpəz" bu 4 legionerlə müqavilə bağlayır
Aleksandr Sitnik son 2.5 mövsümdə Donetsk "Olimpik"inin formasını geyinib. Bu müddətdə o, 66 rəsmi oyuna çıхaraq 13 qol vurub. 31 yaşlı yarımmüdafiəçi əvvəllər Ukraynanın "Şaхtyor" (II komnada), "Stal", "Metallurq" (Donetsk), "Zakarpattiya", "Zirka" və Qazaхıstanın "Kayzar" klublarında çıхış edib.
"Kəpəz" bu 4 legionerlə müqavilə bağlayır
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər