"Kəpəz" Bayılda 150-ci üzüntünü yaşadı

"Kəpəz" Bayılda 150-ci üzüntünü yaşadı

“Kəpəz” Azərbaycan çempionatlarında 150-ci səfər məğlubiyyətini alıb.

Fanat.Az xəbər verir ki, bu, Misli Premyer Liqasının XX turuna təsadüf edib.

Gəncə klubu “Səbail”ə 0:1 hesabı ilə uduzub.

Qərblilər ölkə çempionatları tarixində ən çox səfər məğlubiyyəti alan komandadır. “Kəpəz”in rəqib meydanından xalsız döndüyü ilk qarşılaşma 1992-ci il iyunun 27-də “Turan”la matça təsadüf edib – 0:1.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər