"Kəpəz" Bakıda dəstəksiz qalmayacaq

"Kəpəz" Bakıda dəstəksiz qalmayacaq
Premyer Liqanın I turunda "Neftçi"nin qonağı olacaq "Kəpəz" Bakıda dəstəksiz qalmayacaq. Bu barədə Fanat.az-a "Kəpəz" fan-klubunun rəhbəri Elmar Əliyev məlumat verib.
Fan-klub rəhbəri bildirib ki, Gəncədən Bakıya 120 nəfər gəlib: "Kəpəz", "Ultra-Kəpəz" və "Xəmsə" fan-klubunun 120 üzvü 3 avtobusla Bakıya gəlib. Bundan başqa Bakıda yaşayan azarkeşlərimiz də bu gün bizə qoşulacaq. Sona qədər komandamızı dəstəkləyəcəyik. İnanırıq ki, "Kəpəz" ilk oyunda "Neftçi"ni məğlub edib, mövsümə qələbə ilə başlayacaq. Azarkeşlərin Bakıya səfərinin təşkilinə göstərdikləri köməyə görə "Kəpəz"in Müşahidə Şurasına və Gəncə şəhər İcra Hakimiyyətinə təşəkkür edirik".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər