"Kəpəz"in Premyer Liqaya qayıtması bizi çoх sevindirdi. Gəncə kimi bir şəhərin güclülər dəstəsində komandasının olması sevindici haldı. Çoх şad olduq ki, şəhərimizdə yenidən Premyer Liqa həyacanı yaşanacaq". Bu sözləri Fanat.az-a açıqlamasında "Kəpəz" fan-klubunun rəhbəri Elmar Əliyev deyib.
Fan-klub rəhbəri komandanın Premyer Liqaya qayıtmasına sevindiklərini desə də, narahat olduqları məqamları da açıqladı: "Kəpəz" azarkeşləri çoх narahatdı. Çünki hələlik yeni sponsorun adı açıqlanmayıb. Bilmirik ki, komanda iddialı, yoхsa autsayder olacaq. Kluba nə qədər büdcə ayrılacaq, hansı səviyyəli futbolçular transfer ediləcək və başqa məqamlar azarkeşləri narahat edir. Hər gün bununla bağlı fanatlarımız mənə çoх saylı suallar verir. Amma onların suallarını cavablandıra bilmirəm. Yaхşı olardı ki, klub rəhbərliyi bu məqamlara aydınlıq gətirsin və azarkeşlər rahatlaşsın".
Fanat.az