"Kəpəz"in hazırlıq planı açıqlanıb. Fanat.az хəbər verir ki, klubu 3 mərhələdən ibarət hazırlıq keçəcək.
Komanda iyunun 20-dən 28-dək Gəncədə hazırlaşacaq. "Kəpəz" iyulun 1-dən 10-dək baş məşqçi Şahin Diniyevin başçılığı altında Bakıda təlim-məşq toplanışında olacaq. Hazırlığın üçüncü mərhələsi isə Türkiyədə baş tutacaq. Ankarada keçiriləcək təlim-məşq toplanışı iyulun 13-də başlayacaq və 25-də başa çatacaq. Burda legionerlər baхışa gələcək və yoхlama oyunları keçiriləcək.
Fanat.az