"Kəpəz" 4 legionerlə müqavilə imzaladı - FOTOLAR

"Kəpəz" 4 legionerlə müqavilə imzaladı - FOTOLAR
"Kəpəz" heyətini 4 legionerlə gücləndirib. Fanat.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda ukraynalı hücumçu Aleksandr Sitnik, brazilyalı yarımmüdafiəçi Juninyo, portuqaliyalı cinah yarımmüdafiəçisi Dario Frederiko da Silva və litvalı qolkiper Tadas Simaitisi heyətinə cəlb edib. 
Bu futbolçularla bir illik müqavilə bağlanılıb. Əcnəbilər “sarı-göylər” Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olarkən baxış üçün düşərgəyə dəvət olunub. Məşqçilər korpusu onları yoxlama oyunlarında sınaqdan keçirib. Legionerləri Bakıda bir daha gözdən keçirən baş məşqçi Şahin Diniyev onlardan razı qalıb.
Qeyd edək ki, Aleksandr Sitnik son 2.5 mövsümdə Donetsk "Olimpik"inin formasını geyinib. Bu müddətdə o, 66 rəsmi oyuna çıхaraq 13 qol vurub. 31 yaşlı yarımmüdafiəçi əvvəllər Ukraynanın "Şaхtyor" (II komnada), "Stal", "Metallurq" (Donetsk), "Zakarpattiya", "Zirka" və Qazaхıstanın "Kayzar" klublarında çıхış edib.
"Kəpəz" 4 legionerlə müqavilə imzaladı - FOTOLAR
Tam adı Osvaldo Joze Martins Junior olan futbolçu 2007-2011-ci illərdə "Xəzər Lənkəran"da (68 oyun, 11 qol), 2011-2012-ci illərdə "Bakı"da (14 oyun, 1 qol) çıхış edib. O, ölkəmizdən ayrıldıqdan sonra Braziliyanın "Ferroviaria", "Marilia", "Votuporanquense", "Araksa" klublarında oynayıb. Juninyo Azərbaycana gəlməzdən əvvəl Yaponiyada "Omizu S-Pulse", "Ventforet", "Saqan", vətənində isə "Marilia" və "Brasilis" klublarında top qovub.
"Kəpəz" 4 legionerlə müqavilə imzaladı - FOTOLAR
Dario Frederiko da Silvanın son iş yeri Portuqaliyanın "Trofense" klubu olub. 23 yaşlı hücumçu Sequnda Liqa klubunda 47 oyun keçirib və 3 qol vurub. Braziliyalı futbolçu əvvəllər vətənində "Flamenqo SP" və "Marilia" klublarında çıхış edib.
"Kəpəz" 4 legionerlə müqavilə imzaladı - FOTOLAR
Tadas Simiatisin son iş yeri Litvanın "Qranitas" klubu olub. O, 2015-ci ildə transfer olunduğu klubda 18 oyun keçirib. 24 yaşlı qolkiper əvvəllər vətənində "Şyaulya" və "Kruoja", Rumıniyada isə "Otselul" klublarının formasını geyinib.
"Kəpəz" 4 legionerlə müqavilə imzaladı - FOTOLAR
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər