"Kəpəz" 3 yoxlama oyunu keçirəcək

"Kəpəz" 3 yoxlama oyunu keçirəcək
“Kəpəz” iyul ayının 1-dən 10-na kimi Bakıda təlim-məşq toplanışı keçirəcək. Klubun mətbuat xidmətindən Fanat.az xəbər verir ki, Buzovna qəsəbəsində məskunlaşacaq Gəncə təmsilçisi gündə iki dəfə hazırlığa çıxacaq. 
“Sarı-göylər”in məşq prosesində iştirak edəcək futbolçular məlumdu. Baş məşqçi Şahin Diniyev hazırlığa 16 futbolçu cəlb edib.
“Dalğa Arena”dakı məşqlərdə komandanın əsasən fiziki hazırlığına diqqət veriləcək.
Qeyd edək ki, ölkə paytaxtında “Kəpəz” 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Komandanın ilk rəqibi “Sumqayıt” olacaq. Bu klubla görüş iyulun 4-nə planlaşdırlıb. Matç saat 18.00-da başlayacaq. Ayın 7-də “Kəpəz” AZAL-la oynayacaq. Bu oyunun da başlama saatı eynidi. Şahin Diniyevin komandası son yoxlama görüşünü iyulun 10-da keçirəcək. “Sarı-göylər”in rəqibi 19 yaşlı futbolçulardan ibarət Azərbaycan yığması olacaq. Qarşılaşmanın start fiti saat 11.00-da veriləcək. Hər üç oyun “Dalğa Arena”da keçiriləcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər