"Fənərbağça" "Olimpik Marsel"in ulduzunu transfer etdi - SON DURUM

"Fənərbağça" "Olimpik Marsel"in ulduzunu transfer etdi - SON DURUM

"Fənərbağça" Meyson Qrinvudun transferini uğurla həyata keçirib.

Fanat.Az xəbər verir ki, İstanbul nəhəngi futbolçu ilə şərtləri razılaşdıqdan sonra "Marsel"lə də anlaşmaya nail olublar. 

"Fənərbağça" "Olimpik Marsel"in ulduzunu transfer etdi - SON DURUM

Meyson Qrinvudun "Fənərbağça"ya transferinin dəyəri açıqlanıb. Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, Türkiyə təmsilçisi Fransa klubuna 40 milyon avro məbləğində transfer haqqı ödəyəcək. Qarşı tərəf həmçinin, bonuslarla əlavə 2 milyon avro da qazana bilər.

Qrinvud "Fənərbağça"da illik 10 milyon avro maaş alacaq. Klub ingilis futbolçu ilə dördillik müqavilə imzaladığını tezliklə rəsmən elan edəcək.

Qeyd edək ki, bu mövsüm 45 oyuna çıxan Meyson 26 qol və 11 asistlə komandasına kömək edib.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər