"Cəbrayıl"da yeni baş məşqçi - Komandanı bu gün məşqə o çıxartdı

"Cəbrayıl"da yeni baş məşqçi - Komandanı bu gün məşqə o çıxartdı

1-ci Liqa təmsilçisi növbəti mövsümün hazırlıqlarına yeni baş məşqçi ilə start verib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bölgə klubu hazırlıq ərəfəsində baş məşqçi təyinatını reallaşdırıb.

Sözügedən komanda Elman Sultanova tapşırılıb. 

Sultanovun son iş yeri "Difai" olub. 

"Cəbrayıl"da baş məşqçi postu rəsmən boş olsa da, komandaya ötən mövsüm Cavid Hüseynov rəhbərlik edib. O, yayda "Araz-Naxçıvan"a üz tutduğu üçün baş məşqçi postu vakant idi.

"Cəbrayıl" ötən mövsümü 8-ci yerdə başa vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər